Cəbhədə erməni tərəfinin növbəti təxribatına cavab verilib.
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Silahlı Qüvvələri “AQS-17” tipli qumbaraatandan qarşı tərəfin hərbi avtomobilinə atəş açıb.
Hadisə gecə saatlarında baş verib.
Səhər saatlarında isə Azərbaycan tərəfinin cavab atəşi ilə erməni əsgər Ayk Ambartsumyan yaralanıb.
Oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub.