Hindistanın xüsusi xidmət orqanlarından xəbərdarlıq:Hava limanlarında terror təhlükəsi ola bilər

0
5
Hindistanın xüsusi xidmət orqanları ölkənin hava limanlarında terror aktının mümkünlüyü barədə xəbərdarlıq ediblər.

Bu barədə “NDTV” telekanalı məlumat yayıb.

Məlumata görə, bu ehtimal ölkə paytaxtının Nyu Dehli hava limanı da daxil olmaqla, ölkənin 20-dən çox aeroportuna aiddir.

Xəbərdə bildirilir ki, söhbət Cammu, Pəncab, Racəstan, Qudaratg və Kaşmir ştatlarındakı 22 hava limanından gedir. Bu regionların hər biri münasibətlərdə növbəti gərginliyin yaşandığı Pakistanla sərhəddir.

Xüsusi xidmət orqanlarının xəbərdarlığından sonra hava limanlarında təhlükəsizlik tədbirləri və nəzarət gücləndirilib. Qeyd edək ki, iki ölkənin münasibətlərində gərginlik sentyabrın 29-a keçən gecə baş vermiş hadisələrlə əlaqədar yüksək zirvəyə çatıb.  (Report)