Qızını zəncirə vurub tövlədə saxlayan ataya cinayət işi açıldı

0
6
İmişli rayonunda atanın qızını zəncirlədiyi iddiası ilə bağlı cinayət işi başlanıb.

Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib.

Nazirlikdən APA-ya bildiriblər ki, İmişli Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu hadisə yerində olub.

Hadisə yeri müayinə olunub və müvafiq ekspertizalar təyin edilib. Hadisədə adı hallanan Cavadxanlı kənd sakini Valeh Məmmədovun və digər kənd sakinlərinin izahatları alınıb.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.1-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Sözügedən olayla bağlı “Xəzər” televiziyası məlumat yaymışdı. Həmin kanalda yayımlanan ‘Bizə danış’ proqramında İmişli rayonunun Cavadxanlı kənd sakini Valeh Məmmədovun qızlarını 8 il tövlədə zəncirləyərək saxladığı ilə bağlı iddiaların əks olunduğu süjet efirə verilmişdi. Həmin proqramda qızlardan birinin soyuqdan vəfat etdiyi, digərinin isə ayaqlarının tutulduğu bildirilirdi.