Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”ni “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə aşağıdakı qərar verilib:
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 540; 2013, № 12, maddə 1552; 2014, № 1, maddə 14; 2015, № 6, maddə 699) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 3.1.42-ci yarımbəndinə “ictimai informasiyanın” sözlərindən sonra“, o cümlədən həyata keçirilən xarici ticarət əməliyyatları zamanı risk qrupları üzrə buraxılış sistemlərindən istifadə ilə bağlı, habelə idxalatçıların müəyyən risk qrupuna aid edilməsi və ya onların risk qruplarının dəyişdirilməsi barədə məlumatların” sözləri əlavə edilsin.