“Uçot dərəcəsinin ilin sonunadək artırılması gözlənilir”.
Bunu ABŞ-ın Federal Ehtiyatlar sisteminin direktoru Canet Yellen mətbuat konfransında bəyan edib
Onun sözlərinə görə, uçot dərəcəsinin artırılmasına əsaslar güclənsə də, FED iqtisadiyyatın, o cümlədən əmək bazarının möhkəmlənməsinə dair məlumatları gözləməyə üstünlük verir.
“Hesab edirəm ki, uçot dərəcəsinin artırılmasına arqumentlər mövcuddur, lakin hələ ki gözləməyə qərar verdik”, – deyə, C.Yellen bildirib.
FED-in Açıq Bazar üzrə Federal Komitəsinin əksəriyyətinin üzvləri də uçot dərəcəsinin ilin sonunadək bir dəfə artırılmasını gözləyirlər.
APA