“Əsrin müqaviləsi”ndən Azərbaycan 150 milyard dollar qazanıb, onun 77 faizi xərclənib” –Ekspert

0
6

“Əsrin müqaviləsi”ndən Azərbaycana 150 milyard dollardan çox qazanıb. Hazırda onun 23 faizi yığımdadır, 77 faizi isə xərclənib”.

Strateq.az bildirir ki, bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu “Əsrin müqaviləsi”nin ildönümü ilə bağlı yazıb.

Onun sözlərinə görə, ötən 22 ilə nəzər salanda bu sazişdən Azərbaycanın qazancları deyəndə ilk növbədə neft dolları göz önünə gəlir. Neft dolları sırasında önə karbohidrogen resurslaırnın (neft, qaz, konensat) birbaşa satışından əldə etdiyimiz valyuta gəlirləri çıxır: “Dövlət Neft Fondunun (DNF) ötən il üzrə hesabatından görsənir ki, 2001-2015-ci illərdə bu məhsulların ixracatından Fondun gəlirləri 124,9 milyard dollar və yaxud son 15 ildə orta hesabla 6,6 milyard dollar olub. Bu isə o deməkdir ki, DNF son 15 ildə neftdən hər gün 18 min 265 dollar, hər ay isə 555 milyon 555 min dollar vəsait qazanıb. Bu yalnız DNF-nin birbaşa qazancıdır”.

Ekspert qeyd edib ki, bundan əlavə 2010-2015-ci illərdə Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirləri 2,4 milyard manat qazanc əldə edib: “Bununla yanaşı, 2006-2015-ci illərdə ARDNŞ və BP hərəsi 12 milyard manata qədər dövlət büdcəsinə neft gəlirləri ödəyib. Beləliklə də Azəri-Çiraq-Günəşli yatağının istismarından Azərbaycan dövləti 150 milyard dollardan çox qazanıb. Hal-hazırda bu qədər vəsaitin 23 faizi, 35 milyard dolları DNF-nin aktivləri kimi dünya maliyyə və əmlak bazarlarında yerləşdirilib”.