Avropa İttifaqı kiçik və orta sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətinin və ixrac imkanlarının genişləndirilməsi, biznes-mühitin yaxşılaşdırılmasına 13,5 milyon avro ayıracaq.
Bu barədə Avropa Komissiyasının xəbərində deyilir.
Məlumatda deyilir ki, proqram qeyri-neft ÜDM-in artımını möhkəmləndirməyə imkan verəcək, yeni iş yerlərinin yaradılmasına kömək edir, mübahisələrin həllində alternativ üsullar təqdim edəcək ki, bu da biznes mühitini yaxşılaşdırmağa yardım edəcək.
Bundan başqa, Aİ-nin proqramı bilavasitə vətəndaşlara, o cümlədən əhalinin zəif qruplarına fayda verəcək, həmçinin dövlət xərclərinin səmərəliliyini artırmağa kömək edəcək. (Trend)