Klinton Trampı 2 faiz qabaqlayır

0
6

ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 2% qabaqlayır.

APA-nın verdiyi xəbərə görə, “Morning Consult” şirkəti tərəfindən keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 42 faizini, Tramp isə 40 faizini toplaya bilər.

Rəy sorğusu sentyabrın 15-16-da keçirilib. Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.