Sağlam və cavan dəri üçün 5 TOP-MƏHSUL

0
6

 

Qidalanma dərinin vəziyyətinə çox böyük təsir edir. Diyetoloqlar dərinin gözəlliyini və sağlamlığını qorumaq üçün qidalanmada bu kimi məhsulların artırılmasını tövsiyə edirlər.

1. Süd məhsulları (qatıq, kefir, kəsmik və s.)

Bu məhsullar mədə-bağırsaq sisteminin fəaliyyətini normallaşdırır ki, bu da dərimizin vəziyyətinə çox müsbət təsir edir.

2. Zeytun yağı

Bu yağ E vitamini ilə zəngindir. E vitamini ən güclü antioksidantlardan biridir. E vitamini orqanizmin və o cümlədən dərinin qocalmasını ləngidir.

3. Kök

A vitamini ilə zəngin olan kök dəri üçün çox faydalıdır – dərini cavanlaşdırır, təmizləyir, piqment ləkələri ilə mübarizə aparır.

4. Sitrus meyvələri

C vitamini ilə zəngin olan sitrus meyvələri dəridə kollagenin istehsalını artırır. Kollagen dərini cavan, hamar və dartılmış edir. Həmçinin C vitamini güclü antioksidantdır.

5. Balıq

Balıq sinklə zəngindir. Sink dərinin yenilənməsində və kollagenin sistezində böyük rol oynayır. Bundan əlavə sink dəridə iltihabı azaldır.

Həmçinin balıq  Omeqa 3 və 6 yağlı turşularla zəngindir. Bu yağlı turşular dərinin qurumasının qarşısını alır, dərini daha cavan və təmiz edir.