Facebook daha bir xidmət istifadəyə verdi

0
4

Facebook daha bir xidmət istifadəyə verdi

Facebook yeni xidmətə başlayır. ANS PRESS-in istinadən verdiyi xəbərə görə, bu xidmət vasitəsilə istifadəçilər fəlakət zonasında olan yaxınlarının durumunun necə olmağını biləcəklər.

Yeni xidmət Yaponiyada 2011-ci ildəki təbii fəlakət vaxtı yaranan vəziyyətlə bağılıdır. O vaxt təbii fəlakətdən 12,5 milyon insan əziyyət çəkmişdi.

Yeni xidmət funksiyası aktivləşəndən sonra fəlakət olduğu vaxt müəyyən olunacaq ki, istifadəçi fəlakət zonasındadır, ya yox? Bu müəyyən olunandan sonra avtomatik sual gələcək ki, “Sizdə hər şey qaydasındadırmı?”. İstifadəçinin cavabı avtomatik olaraq dostlarına göndəriləcək və onun səhifəsinə qoyulacaq.

Facebook dünyada ən böyük sosail şəbəkədir. Onun bazar qiyməti 190 milyard dollardır.

LEAVE A REPLY