4 gün əvvəl Kürdə batmış 20 yaşlı Sevanə Qəhrəmanovanın meyiti tapılıb.
Trend FHN-in saytına istinadən xəbər verir ki, sentyabrın 13-də Kür çayının Sabirabad rayonu, Narlıq kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 30 km aralı, nəzarətsiz ərazidə) batmış 1996-cı il təvəllüdlü Sevanə Polad qızı Qəhrəmanovanın cəsədi batdığı yerdən 10 km aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.