Avropa İttifaqı qeyri-leqal miqrasiyanı dayandırmaq yaxud ciddi şəkildə azaltmaq niyyətindədir.
Bu barədə Slovakiyada səfərdə olan Almaniya kansleri Angela Merkel bildirib.
Merkel həmçinin vurğulayıb ki, hazırda səs-küylü bəyanatların və Avropa sazişlərinə dəyişiklik edilməsinin zamanı deyil: “Hesab edirəm ki, Bratislava fəal işlərin görülməsi üçün bir başlanğıcdır. Hazırda hər hansı bəyanat vermək, müqavilələri dəyişməkdən söhbət getmir”. (APA)