Aleksandr Medvedev:” “Qazprom” Türkiyədə qaz elektrik stansiyaları inşa etmək niyyətindədir”

0
4

Rusiyanın “Qazprom” şirkəti Türkiyədə yeni qaz elektrik stansiyaları inşa etmək və ya fəaliyyət göstərən stansiyaları almaq niyyətindədir.

Bu barədə “Qazprom”un İdarə Heyətinin sədr müavini Aleksandr Medvedev bildirib.

“Biz müəyyən şərtlərlə energetika layihələrində iştirak etməkdə maraqlıyıq. Türkiyədə hazırda, qiymətlərin aşağı düşdüyü dövrdə,  qaz elektrik stansiyalarına maraq xeyli artıb… Buna görə də biz bu layihələri diqqətlə nəzərdən keçirəcəyik”, – deyə Medvedev qeyd edib.

Onun sözlərinə görə, “Qazprom”  qaz elektrik stansiyalarını inşa etmək və ya fəaliyyət göstərən stansiyaların aktivlərini əldə etmək kimi variantları nəzərdən keçirməyə hazırdır.  (APA)