Rusiyanın Tomsk əyalətində qəribə hadisə yaşanıb. 15 yaşlı Lena U. anasına əyalətdəki kilsələrdən birində keşiş olan Yevgeni atanı sevdiyini deyib.
Yeniyetmənin sözlərinə görə, onlar 3 ildir ki eşq macərası yaşayır. Bununla bağlı azyaşlının anası məlumat verib. O bildirib ki, qızı tez-tez kilsəyə gedirmiş: “Mənə elə gəlirdi ki, onu kilsədə heç bir təhlükə gözləmir. Bir gün qızım mənə bunları etiraf etdi. Polisə şikayət etdim”.
Dindirilmə zamanı Lena olanları anladıb: “Keşiş sinəmi gördüyünü və mənə vurulduğunu dedi. Mənə deyirdi ki, sinəni görəndən sonra başa düşdüm ki, sən mənim olacaqsan”.
Əyalət polisi 33 yaşlı keşişi saxlayıb. Faktla bağlı istintaq başlanıb. (Teleqraf.com)