Rövnəq Abdullayev:“Azərbaycanda benzin çox ucuzudur”

0
4

“Azərbaycanda benzin çox ucuzdur”.

Bunu SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, Azərbaycana benzin idxalı artıq dayandırılıb: “Azərbaycanda benzinin qiyməti çox aşağıdır. Vergiləri götürsələr də heç kim bura benzin gətirməyəcək. Çünki, benzinin qiyməti o qədər aşağıdır ki, xaricdən gətirilən benzin iki dəfə baha başa gəlir. Zavodlar təmirə bağlanan vaxtı SOCAR müəyyən çatışmazlıqların olmasından ehtiyat edib. Buna görə də biz hökumətdən xahiş etdik və 30 min tona yaxın benzin gətirdik. Bu, bizə zərərlə başa gəldi. Amma ölkədəki benzinə olan tələbatı tam ödədik. Əhali bunu hiss etmədi. Benzinin idxalına olan vergilərin götürülməsinə baxmayaraq, bu, bizə bir neçə milyon manat ziyan vurub”.