Almaniyada ermənilər kütləvi aksiya keçirdi

0
4

Almaniyadakı erməni diasporu Ermənistanın Köln, Bremen və Frankfurt şəhərlərindəki konsulluqları qarşısında etiraz aksiyaları keçirib. Etirazçılar prezident Serj Sarkisyanın istefasını və Ermənistandakı siyasi repressiyalara dərhal son qoyulmasını tələb ediblər.

Bu arada erməni diasporunun müxalif fikirli hissəsini təmsil edən “Erməni dirçəlişi” təşkilatı sentyabrın 17-də Ermənistandakı hakimiyyətin istefası tələbi ilə eyni vaxtda 10 ölkənin 16 şəhərində piketlər keçirəcəyini elan edib

Vahan Martirosyan

Virtualaz.org-un xüsusi müxbiri