Buğdanın qiyməti bahalaşdı

0
5
Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğdanın tədarükünün vaxtı 1 noyabr 2016-cı il tarixinədək uzadılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən fins.az-a verilən xəbərə  görə, yerli buğda istehsalçılarından tədarük olunan keyfiyyətli buğdanın qiyməti də bahalaşıb. Bir ton buğda  270 manata alınacaq.
Xatırladaq ki, FHN Dövlət  Material Ehtiyatları Agentliyi bu il iyunun 21-dən etibarən Taxıl Fondu üçün buğda qəbuluna başlayıb. İlk mərhələdə bir ton üçün 250 manat qiymət qoyulub.
Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az saytına, 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar. Fins.az