Bakıda 4 nəfər maşının altında qaldı- 3 ölü

0
4

Bu gecə Bakıda 3 piyada yol qəzasının qurbanı olub.

Lent.az-ın məlumatına görə, Sabunçu rayonu Məhəmmədi kəndində 1988-ci il təvəllüdlü Səfərov Anar Möhübbət oğlu idarə etdiyi “AzSamand” ilə 3 nəfəri vurub. Nəticədə 1991-ci il təvəllüdlü Salmanov Ərzuman Hidayət oğlu və 1988-ci ildə anadan olmuş Əliyev Elçin Zirəddin oğlu hadisə yerindəcə keçinib. Ağır xəsarət alan 1991-ci il təvəllüdlü Zahidov Elbrus Ağanəzər oğlu isə xstəxanaya yerləşdirilib.

Oxşar hadisə Sabunçu rayonu Birinci Zabrat qəsəbəsində də baş verib. Şəhər şosesində  Əliyev Fikrət Yusif oğlunun sürdüyü “VAZ 2107″nin altında qalan 1964-cü il təvəllüdlü Əliyev Zahir Natiq oğlu vəfat edib.