Cəmil Həsənli qızı ilə birgə istintaqa çağırıldı

0
4

Cəmil Həsənli qızı ilə birgə istintaqa çağırıldı

Milli Şura sədri Cəmil Həsənli qızı ilə birgə istintaqa çağırılıb.

Bu barədə Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev məlumat verib. Onun sözlərinə görə Cəmil Həsənli və qızı Günel Həsənli bu gün saat 14-də istintaqa çağrılıblar. “Mən Cəmil Həsənli ilə danışdım. O mənə dedi ki, qızı ilə birgə onu müstəntiq istintaqa çağırıb”,-deyə O. Gülalıyev bildirib.
Qeyd edək ki, ölkə mətbuatı Günel Həsənlinin bir neçə gün öncə Yasamal rayonu ərazisində 86 yaşlı qadını avtomobillə vurduğunu yazıb. Məlumatı Daxili İşlər Nazirliyi təsdiqləyib.

LEAVE A REPLY