Azərbaycan komandaları Şahmat Olimpiadasını medalsız başa vurdu

0
4

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu – XI turun görüşləri başa çatıb.

Məlumata görə, Azərbaycanın kişilərdən ibarət əsas milli Türkmənistanla qarşılaşıb.
Qarşılaşma əsas yığmanın üstünlüyü ilə başa çatıb. İkinci komanda Boliviyadan güclü olub. Üçüncü yığma isə Albaniya ilə sülh bağlayıb.

Qadınlardan ibarət əsas yığmanın son rəqibi Malayziya olub. Görüşün sonunda azərbaycanlı şahmatçılar qələbəyə sevinib. İkinci komanda İranla qarşılaşıb və məğlubiyyətə uğrayıb. Üçüncü milli isə Makedoniyanı məğlub etməyi bacarıb.

Bakı Şahmat Olimpiadası
XI tur
Kişilər

Türkmənistan – Azərbaycan1 – 1:3
Maksat Atabayev – Teymur Rəcəbov – 0.5:0.5
Yusup Atabayev – Rauf Məmmədov – 0.5:0.5
Saparmırat Atabayev – Arkadi Naydiç – 0:1
Xandzar Odyev – Eltac Səfərli – 0:1

Azərbaycan2 – Boliviya – 3:1
Vasif Durarbəyli – Xose Daniel Cemi – 0:1
Nicat Abbasov – Luis Migel Aqillar – 1:0
Ülvi Bacarani – Anoday Delqadillo – 1:0
Namiq Quliyev – Alexandro Parraqa – 1:0

Azərbaycan3 – Albaniya – 2:2
Vüqar Əsədli – Erald Dervişi – 0.5:0.5
Nail Bəşirli – Dritan Mehmeti – 1:0
Abdulla Qədimbəyli – İlir Seitaj – 0.5:0.5
Pərviz Qasımov – Frants Aşiku – 0:1

Bu nəticələrdən sonra Azərbaycan1 15 xalla 12-ci, Azərbaycan2 14 xalla 26-cı, Azərbaycan3 isə 13 xalla 49-cu yeri tutub. Olimpiya çempionu adını 20 xalla ABŞ qazanıb. Eyni xala malik Ukrayna 2-ci, 18 xalı olan Rusiya 3-cü yeri tutub.

Qadınlar

Azərbaycan1 – Malayziya – 3:1
Zeynəb Məmmədyarova – Li Tinq Tan – 0.5:0.5
Günay Məmmədzadə – Aliya Bakri – 0.5:0.5
Aydan Höccətova – Nur Nabilya Azman – 1:0
Nərmin Kazımova – Puteri Rifqax Azxar – 1:0

İran – Azərbaycan2 – 3.5:0.5
Sarasadat Xademalşariex – Türkan Məmmədyarova – 1:0
Atousa Purkaşian – Nərmin Xələfova – 1:0
Mitra Xidjazipur – Ülviyyə Fətəliyeva – 1:0
Qazal Hakimifard – Nərgiz Umudova – 0.5:0.5

Makedoniya – Azərbaycan3 – 0:4
Monika Stoykovska – Nərmin Məmmədova – 0:1
Boyana Beyatoviç – Xanım Balacayeva – 0:1
Draqana Nikolovska – Gövhər Beydullayeva – 0:1
İvana Manova – Ayan Allahverdiyeva – 0:1

Bu nəticələrdən sonra Azərbaycan1 16 xalla 8-ci yeri tutub. 13 xala malik Azərbaycan3 Olimpiadanı 30-cu, eyni xalı olan Azərbaycan2 isə 32-ci pillədə tamamlayıb. Çin yığması 20 xalla olimpiya çempionu olub. 17 xala malik Polşa ikinci, Ukrayna üçüncü olub.

Report.az