“Həyatımda ən önəmli yeri övladlarım tutur” – Mehriban Əliyeva

0
4

“Həyatımda ən önəmli yeri övladlarım tutur” – Mehriban Əliyeva

“Leyla anadan olanda mənim 19 yaşım var idi. Gənc yaşda analığın mənə bəxş etdiyi bu xoşbəxtliyi heç vaxt unutmaram”. Anspress-in məlumatına görə, bu sözlər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məxsusdur. “Baku” jurnalında dərc olunan məqalənin bir qismi dövlət başçısının kiçik qızı Arzu Əliyevanın sosial şəbəkədəki səhifəsidə yer alıb. Birinci xanım övladları haqqında danışıb.
“Həyatımda ən vacib, ən önəmli yeri övladlarım tutur . Mən 3 uşaq anasıyam və onların həyatına aid olan hər şey – uğurları, nailiyyətləri, problemləri, həyəcanları mənə doğmadır. Mənim üçün Heydərin üzgüçülük məşqlərində yüz metr məsafəni qət etməsi, Arzunun imtahanlarını uğurla verib, magistraturaya qəbul olunması, Leylanın isə aktiv şəkildə ictimai fəaliyyətlə məşğul olması eyni dərəcədə əhəmiyyətlidir.

Onların problemlərini mənimlə bölüşməsi və müxtəlif vəziyyətlərə düşəndə məsləhət üçün müraciət etmələri mənə xoşdur. Ancaq mən heç vaxt öz fikirlərimi onlara təlqin etmirəm. Onların şəxsi mövqelərinə hörmətlə yanaşıram, seçim hüququ verməyə çalışıram. Mənim sərhədsiz sevgimə rəğmən, bu, onların həyatıdır və onlar bu həyatı sərbəst şəkildə qurmalıdırlar”.

LEAVE A REPLY