Dünya bazarında neftin ucuzlaşması davam edir.
APA xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,40 dollar azalaraq 45,89 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,33 dollar azalaraq 47,99 dollar olub.