Bu gün Milli Şura “Məhsul” stadionunda mitinq keçirir.
AzNews.az xəbər verir ki, aksiya bu il sentyabrın 26-da keçiriləcək referendumda Konstitutsiyaya ediləcək dəyişikliklərlə bağlıdır.
Qeyd edək ki, mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.
17:21
***
Aksiyada Milli Şura Koordinasiya Şurasının bir neçə üzvü çıxış edib. Milli Şuranın sədri Cəmil Həsənli aksiyaya qatılmayıb.
Mitinqdə çıxış edən AXCP sədri Əli Kərimli növbəti aksiyanın sentyabrın 17-ə təyin edildiyini bildirib.
Aksiya insidentsiz başa çatlb.