Sabah Azərbaycanda 33 dərəcə isti olacaq

0
2
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 18-22° isti, gündüz 27-32° isti, Bakıda gecə 18-20° isti, gündüz 29-31° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75%, gündüz 45-55% təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən, yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 18-23° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 19-24° isti olacağı gözlənilir.