Sarısu gölündə balıqların kütləvi zəhərlənməsi baş verib – VİDEO

0
4

Sentyabrın 5-də Azərbaycanın ən böyük gölü olan Sarısu gölündə balıqların kütləvi zəhərlənməsi baş verib. Bu barədə “Facebook”da yerləşdirilmiş gölün səthində üzən ölü balıqları əks etdirən videodan məlum olub.

Video naməlum şəbəkə istifadəçiləri tərəfindən çəkilib, onlar göldə üzürlər və tələf olmuş yüzlərlə balığı çəkirlər, elə həmin şəxslər göldə sudan kütləvi zəhərlənmə baş verdiyini iddia edirlər.

Ekoloji fəlakətin səbəbi məlum deyil. “Turan” bildirir ki, Ekologiya Nazirliyi bu məsələ ilə bağlı şərh vermir.

Amma bu hadisənin misli görünməmiş miqyası olduğunu iddia etmək olar. Ölkənin Mərkəzi Aran bölgəsində yerləşən bu göl balıqlarla yanaşı, minlərlə su quşunun məskəni və məşhur istirahət yeridir.

Mınbənin bildirdiyinə görə, suda zəhərlənmə baş veribsə, bu, ilin bu vaxtı balalayan su quşlarının sayına da təsir göstərəcək.