«Azadlıq» qəzetinin əməkdaşı dindirildi –Prokurorluqda

0
4

«Azadlıq» qəzetinin əməkdaşı Vidadi Məmmədov sentyabrın 7-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilib.

V.Məmmədov prokurorluqdan çıxdıqdan sonra AzadlıqRadiosuna deyib ki, istintaq sirrini açıqlamamaq barədə iltizam verdiyindən, geniş danışa bilməyəcək. Bununla belə o qeyd edib ki, «Azadlıq» qəzetinin işi ilə bağlı istintaqa çağırılıb.

Bir gün əvvəl, sentyabrın 6-da «Azadlıq» qəzetinin digər əməkdaşı Xəyal Babayevdə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilmişdi. O da iltizama qol çəkdiyindən, hansı səbəblə istintaqa dəvət edildiyini söyləməmişdi.