Ərdoğan: “Türkiyə İŞİD-lə mübarizəni kənardan izləməyəcək”

0
6

Ərdoğan: “Türkiyə İŞİD-lə mübarizəni kənardan izləməyəcək”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İŞİD-lə mübarizəni kənardan izləməyəcəklərini bildirib. Ərdoğan təşkilata qarşı yaradılmış koalisiyaya qoşulmaq barədə məsələni bir həftə ərzində həll edəcəklərini də açıqlayıb. Türkiyə mətbuatının məlumatına görə, o, İŞİD-in məğlub edilməsi üçün yalnız hava hücumunun kifayət etmədiyi qənaətindədir: “ABŞ-ın liderliyi ilə Suriyada İŞİD-ə qarşı başladılmış əməliyyatlar əhəmiyyətlidir, amma onu məğlub etmək üçün kifayət deyil. Təşkilatın mövqelərini havadan bombardman etməklə məsələnin keçici həllinə nail olmaq mümkündür. Bu yalnız problemin üzərini örtəcək”. Ərdoğan İŞİD-ə göstərilən münasibətin PKK terror təşkilatına sərgilənmədiyini deyib: “Dünya İŞİD kimi bir terror təşkilatı ortaya çıxan kimi dərhal reaksiya verir, amma PKK-ya səs çıxarmır. Bəs PKK ilə niyə ortaq mübarizə aparmırsan? Bunu anlamaqda çətinlik çəkirəm”.

LEAVE A REPLY