Neft Fondundan banklara satılan dollarlar hara gedir?

0
4

Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 7-ə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən  verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi sentyabrın 7-də 1,6403 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, bu gün dollar 1,6362 manata bərabər olub. Bu xəbəri şərh edən iqtisadçı Oqtay Haqverdiyev bildirib ki, “qara bazar” da dollar daha baha qiymətə satılır.

“Bu, manatın real qiyməti deyil. Əslində dollar daha bahadır. Bu, belə gedəcək. Neftin qiymətinin düşməsi, devalvasiya, ixracatın yox səviyyəsində olması, ölkəyə dolların az gəlməsi… bu nüanslar təsir edir”, – deyə iqtisadçı bildirdi. “Amma neft getdikcə bahalaşır”, -deyə qeyd etdik.

“Siz nədən danışırsınız? Biri var,  bir barel nefti 100 dollara satasan, biri də var 45 dollara, lap 50 dollara satasan. Ölkəyə neft dolları gəlmir, tələbatımızın böyük hissəsini idxalla ödəyirik. Ümumiyyətlə, Azərbaycan manatının real qiymətindən danışsaq, dollar 3-5 manat olmalıdır. Hər gün Dövlət Neft Fondundan banklara hərrac yoluyla 50 milyon dollar satılır, amma banklarda dollar tapılmır. Bəs “qara bazar”a dooktay-haqverduyev_211114llarla necə çıxarılır? Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası hər hansı bankdan soruşmur ki, “sən dünən 5 milyon dollar almısan, hanı o dollarlar?”… Ölkənin maliyyə sistemində zəncirvari şəkildə nöqsanlar baş alıb gedir”, – deyə iqtisadçı cavab verdi.

O qeyd edib ki, Azərbaycanın maliyyə bazarına məsul olan şəxslər ilk devalvasiyadan bəri, vəziyyəti müəyyən qədər dəyişdirmək üçün addımlar ata bilərdilər.

“Amma bacarmadılar. Bacarsaydılar, lap əvvəldən nəsə edərdilər. Hər şey eyni halda qalıb. Burda konkret bir və ya iki şəxsin vəzifəsindən azad olunmasından söz getmir. Ümumi maliyyə sistemində idarəetmə dəyişməlidir.  Əgər idarəetmədə dəyişikliklər olunmasa, bu böhran daha da dərinləşəcək”, – deyə O.Haqverdiyev əlavə edib. Qafqaznews.az