Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Demokrat Partiyasından olan siyasi rəqibi Hillari Klintonu 2% qabaqlayır.
Bunu CNN və ORC International şirkətlərinin birgə keçirdikləri sorğunun nəticələri göstərir.
D.Trampın lehinə respondentlərin 45 faizi, B.Klintona isə 43 faizi səs verməyə hazırdır.
Namizəd Qeri Consona sorğuda iştirak edən şəxslər 7%, Jill Steynə isə 2% səs verib.
Qeyd olunur ki, bir ay əvvəl H.Klinton 8% irəlidə idi, lakin bu zaman ərzində D.Tramp aradakı fərqi azaldıb və hətta önə keçib.