Sumqayıt çimərliyində təhlükə

0
4
?????????????????????????????????????????????????????????

“Sumqayıt inzibati rayonu ərazisinin qaynar nöqtələrindən biri olan və Xəzər dənizinə ən çox çirkləndirici maddələr axıdan axar Sumqayıtçaydır”.

Bu barədə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində bildirilir.

Bülletendə deyilir ki, Sumqayıtçay əsasən yağıntı suları ilə qidalanan təbii axar olmasına baxmayaraq, şəhərin sənaye zonasından keçərək Üzvi Sintez Zavodunun təmizləyici qurğularının çıxış xətti yanından dənizə tökülür: “Şəhərin sənaye zonasında bu çaya bir neçə sənaye müəssisəsinin istehsalat suları ilə yanaşı, məişət-fekal mənşəli tullantı suları da axıdılır. Sumqayıt ərazisindən Xəzər dənizinə axıdılan və dənizi ən çox çirklənməyə məruz qoyan axarlardan biri də “Azərboru” Açıq Səhmdar Cəmiyyətinin (ASC) tullantı sularını nəql edən kollektordur. Müəssisədə formalaşan şərti təmiz sular uzunluğu 7 km olan “Azərboru” kollektoru vasitəsilə Xəzər dənizinə axıdılır”.

Bülletendə qeyd olunur ki, Sumqayıt inzibati rayonunun H. Z. Tağıyev adına və “Kimyaçılar” qəsəbələrində yerləşən fərdi evlərdə və kiçik müəssisələrdə formalaşan tullantı suları süni formalaşmış bir neçə axar vasitəsilə təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa Xəzər dənizinə axıdılır: “Sumqayıtçaydan sonra şəhər ərazisində ikinci böyük axar Hacı dərəsi adlanan axardır. Uzunluğu 35 km-ə yaxın, eni 0,5-2,5 m və dərinliyi 0,2-0,5 m arasında dəyişən bu axar Saray qəsəbəsindən dənizə istiqamətləndiyi yolboyu ətrafında olan bütün fərdi yaşayış evlərində və onlarla kiçik müəssisələrdə formalaşan tullantı suları özündə birləşdirirərək təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa Xəzər dənizinə axıdılır”.

APA.az