Gənclər və İdman Nazirliyinin idman şöbəsinə yeni müdir təyin olunub.
Virtualaz.org-un məlumatına görə, bu, yunan-Roma güləşi üzrə 2004-cü ilin olimpiya çempionu, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, 34 yaşlı Fərid Mansurovdur.
F.Mansurov yeni vəzifədə bu ilin martında dünyasını dəyişmiş Mirkamil Rəhimovu əvəzləyib.