DİN-dən “qara bazar” açıqlaması: “Polisə xəbər verin”

0
4

Son günlər bankların dollar satışını dayandırması “qara bazar”da canlanmaya səbəb olub. Belə ki, dollara ehtiyacı olanlar banklardan pul ala bilmədikdə qeyri-leqal fəaliyyət göstərən dollar alverçilərinə üz tutmalı olurlar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “qara bazar”ın yenidən aktivləşməsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.
DİN rəsmisi azvision.az-a açıqlamasında bildirib ki, vətəndaşlar belə hallarla qarşılaşdıqda, vətəndaşlıq mövqeyi sərgiləyərək polisə məlumat verə bilərlər.

Onun sözlərinə görə, vətəndaşlarımız bu kimi məsələlərdə aktiv olmalıdır: “Belə hallarla rastlaşdıqda polisə məlumat vermək lazımdır. Ümumilikdə, bu istiqamətdə işlər davam etdirilir və nəticələri barədə ictimaiyyətə məlumat verilir”,-deyə E.Zahidov vurğulayıb.