“Qara bazar”da dollar bahalaşdı

0
5

Ölkə banklarının bir neçəsi dollar satışını həyata keçirdiyindən qıtlıq qara bazarda aktivliyə səbəb olub. Dünən günortadan sonra qara bazarda dolların bahalaşması nəzərə çarpıb və həmin qiymətlər hazırda da qalmaqdadır.
Fins.az xəbər verir ki, hazırda qeyri-rəsmi bazarda 1 dollar 1,83 manata alınır. Dolların satış qiyməti isə 1,85 manatdır. Ayrı-ayrı şəxslərin əlində olan dollar kütləsinin həcmi isə elə də böyük deyil, lakin bankların təklif etdiyi limitdən dəfələrlə yüksəkdir. Məlumatlara görə, qara bazarda 5 minə qədər dollar almaq mümkündür.