QMİ: “Bilik Fondu bizimlə məsləhətləşmə aparmalıdır”

0
2

QMİ: “Bilik Fondu bizimlə məsləhətləşmə aparmalıdır”

“Bilik Fondunun məscidlərdə kitabxanaların yaradılması ideyasını mətbuatdan oxumuşuq”. Bunu Modern.az- açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib. Onun sözlərinə görə, Fond hələ ki, bu məsələ ilə bağlı QMİ rəsmiləri ilə əlaqə saxlamayıb: “Amma bütövlükdə ideyasını müsbət qarşılayırıq. İdeya maraqlıdır, kitab elm, bilik mənbəyidir və onun məscidlərdə olması çox gözəl olar. Bununla belə, məsləhətləşmələrə ehtiyac var”.

Qeyd edək ki, Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov bir müddət əvvəl məscidlərdə kitabxanaların yaradılacağı barədə açıqlama vermişdi. Direktor burada əsas məqsədin məscidlərin təkcə ibadət yeri olmadığını diqqətə çatdırmaq olduğunu vurğulamışdı

LEAVE A REPLY