İŞİD terrorçuları çadra geyən qadınlardan qorxmağa başlayıblar.
Virtualaz.org “The Daily Mail” nəşrinə istinadən xəbər verir ki, müsəlman qadınlar üçün ənənəvi sayılan geyim İraqın şimalında yerləşən Mosul şəhərində qadağan edilib.
Buna səbəb kimi terror təşkilatının bir neçə komandirinin çadralı qadınlar tərəfindən öldürülməsi göstərilir.
Bundan sonra Mosulda qadınların hansı geyimdən istifadə edəcəkləri barədə məlumat verilmir.