Gülbən Ərgən ikinci dəfə ərə getdi
Türkiyənin tanınmış müğənnisi Gülbən Ərgən ikinci dəfə ərə gedib. O, “Haberturk TV”nin baş direktoru Erhan Çeliklə ailə qurub.
Gülbən Ərgən təəssüratlarını şəxsi “Facebook” səhifəsində paylaşıb və soyadının artıq dəyişdiyini bildirib: “Sevgidən əvvəl “inam” dedi, qəbul elədim. Daha sonra “hörmət” söylədi, ona da “hə” dedim. “Sənin analıq, mənim isə atalıq borcum bir ömür boyu hər şeydən öndə gələcək” dedi, amma “qəbul edirsən?”, – deyə soruşmadı. Əlini buraxmadan səninlə yaşamaq istəyirəm. Sən mənim üçün oğullarımız, ailəmiz deməksən. “Bir damın altında yaşayaq” söylədi. “Ürəyim” deyə cavab verdim. Soyadı artıq soyadımdır – “Çelik”.
Xatırladaq ki, Gülbən Ərgən “Anadolu Atəşi” rəqs qrupunun rəhbəri Mustafa Erdoğanla evli olub. Bu evlilikdən onların üç, Erhan Çelikin isə əvvəlki nikahından bir oğlu var.