“Gülən hərəkatı ilə əlaqəsi olan bütün müəllimlər işdən azad olunacaq”.
Bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.
Binəli Yıldırımın sözlərinə görə, 14000 müəllimin Gülən hərəkatı ilə əlaqəsi olub.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.
Trend.az