Dolların məzənnəsi günü-gündən artır. Bir neçə gündü banklar dollar satışını dayandırıb, qiymətlər sürətlə artır. Düzdü, hökumət kəskin devalvasiya ehtimalını qətiyyətlə təkzib edir. Amma bundan əvvəl baş verən hər iki devalvasiyadan öncə də Mərkəzi Bank rəhbəri Elman Rüstəmov bənzər açıqlamalar vermişdi. Nəticədə isə artıq iki devalvasiya baş verib.
Mərkəzi Bank bazar ertəsinə qədər məzənnəni 1,6362 olaraq müəyyənləşdirib. Lakin artıq bir neçə gündüki banklarda və qara bazarda dollar bundan baha qiymətə alınıb-satılır. Vəziyyətin kritikliyini nəzərə alan ekspertlər də kəskin devalvasiyanın baş verəcəyini proqnozlaşdırır.
Artıq vəziyyət o həddə çatıb ki, Dövlət Gömrük Komitəsi ölkəyə məsul idxalını dayandırıb. Bu barədə Qaynarinfo.Az-a qida məhsullarının idxalı ilə məşğul olan tanınmış şirkətlərdən birinin əməkdaşı məlumat verib.
İdxalın dayandırılımasına səbəb məhz dolların sürətlə bahalaşmasıdı. Məlumata görə, bazar ertəsi mənəzənnənin yüksək həddə qalxması gözlənilir ki, bu da Dövlət Gömrük Komitəsinin idxala qadağa qoyması ilə nəticələnib.