Qəbələ rayonu, Laza kəndinə yağan güclü yağış nəticəsində Dəmiraparan çayında sel əmələ gəlib.
Azinforum.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal FHN-nin Şimal-qərb regional mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq ərazidə köməksiz vəziyyətdə qalmış 53 nəfəri təxliyə ediblər.
Əməliyyat saat 20:18-də başa çatıb.