Bakıda intihara cəhd hadisəsi qeydə alınıb.
“Report” xəbər verir ki, hadisə Neftçilər prospektində yerləşən Dənizkənarı Milli Parkda baş verib.
Belə ki, Abşeron rayon sakini, 1992-ci il təvəllüdlü Günay Əlizadə özünü dənizə ataraq intihara cəhd edib.
O, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılıb.