Türkiyə hökumətində gözlənilməz istefa yaşanıb.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bir az əvvəl Prezident Ərdoğanla görüşən baş nazir Binəli Yıldırım iqamətgahdan ayrıldıqdan dərhal sonra Daxili işlər naziri Əfqan Ala istefa verib.
Baş nazir Binali Yıldırım bildirib ki, Ə.Alanın yerinə əmək və sosial müdafiə naziri Süleyman Soylu təyin olunub. Soyludan boşalan posta isə müavini, bursalı deputat Mehmet Müezzinoğlu gətirilib.
Məlumatda Əfqan Alanın istefasının səbəbi açıqlanmayıb.