Suriyanın şimalında İŞİD silahlıları Türkiyəyə məxsus tankı atəşə tutublar, nəticədə üç hərbçi yaralanıb.
Bu barədə NTV Türkiyə Baş Qərargahındakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, hücum Carablus şəhərindən qərbə, İŞİD-in nəzarətində olan ərazindən həyata keçirilib. Terrorçuların atdığı raketlərdən biri tanka dəyib. Yaralılarda biri Qaziantep xəstəxanasına göndərilib.
Qeyd edək ki, Türkiyə ordusu avqustun 24-dən Suriyanın Carablus şəhərində İŞİD-ə qarşı “Ərəfat qalxanı” əməliyyatına başlayıb.
APA.az