Avqustun 29-da axşam saatlarında Qəbələdən Bakıya gələn “Hyundai” markalı mikroavtobusun sürücüsü İsmayıllı rayonu ərazisində idarəetməni itirib və avtobus aşıb. Hadisə nəticəsində avtobusda olan 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, turistlərdən üçünün vəziyyəti ağırdır.
Avtobusdakıların hamısı Azərbaycana gələn ərəb turistlər olub. Turistlər Qəbələ rayonundan Bakıya qayıdırmış.
Faktla bağlı araşdırma aparılır.