Türkiyə ordusu Suriyanın Cerablus şəhərinin ətrafında yerləşən daha 10 kəndi İŞİD və PYD terror qruplaşmasından azad edib.
Strateq.az xəbər verir ki, bu barədə Türkiyə Baş Nazirliyindən rəsmi açıqlama yayılıb.
Bildirilib ki, bu gün türk qoşunları Cerablus bölgəsinin ətrafında yerləşən daha 10 kəndlə yanaşı, RAİ şəhərinə bağlı olan 3 kəndi də PYD və İŞİD-çilərdən təmizləyiblər: “Təmizlənən ərazilər Türkiyə ordusu ilə birgə hərəkət edən Azad Suriya Ordusunun nəzarətinə verilib”.
Rəsmi məlumatda o da bildirilib ki, təmizləmə əməliyyatında mülki şəxslərin vurulması barədə bəzi xarici media orqanlarında yayılan iddialar da tam yalandır:“Bunlar gerçəyi əks etdirmir”.