Türkiyə Suriyanın Cerablus bölgəsinə əlavəhərbi qüvvələri göndərib

0
5

Bu gün səhər saatlarında Türkiyə Suriyanın Cerablus bölgəsinə əlavə hərbi qüvvələri göndərib.

APA-nın verdiyi məlumata görə, iki tankın müşayiəti ilə hərbi sursat yüklənmiş yük maşını və zirehli maşın karvanı Türkiyə-Suriya sərhədini keçərək Cerablusa istiqamətlənib.

Qeyd edək ki, dünən Cerablus şəhərindən 7 km cənubda PKK terror təşkilatının Suriya qolu PYD-nin silahlı qanadı olan YPG tərəfindən Türkiyə Silahlı Qüvvələrinin tanklarından biri vurulub. Nəticədə bir əsgər şəhid olub, 3 əsgər yaralanıb. Bu, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Firat qalxanı” əməliyyatı çərçivəsində ilk şəhiddir. Gecə ərzində Türkiyə Silahlı Qüvvələri Cerablusun cənubundakı hədəflərə tank və artilleriya qurğularından zərbələr endirib.