“Fitch” Azərbaycanın reytinqlərini təsdiq edib

0
5

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada olan emitentin uzunmüddətli defolt reytinqini “BB+” səviyyəsində təsdiq edib.

Bu barədə Trend agentliyin hesabatına istinadən məlumat verir.

“Fitch” Azərbaycanın xarici valyutada olan prioritet təmin edilməmiş istiqrazlarını da “BB+” səviyyəsində təsdiq edib.

Ölkə həddi reytinqi isə “BB+” səviyyəsində təsdiq olunub.