Azərbaycanda daha bir şirkət çörəyin qiymətini qaldırdı

0
5

Azərbaycanda daha bir şirkət çörəyin qiymətini qaldırıb.

Çörək satan mağazlar məlumatı təsdiq ediblər. Məlumata görə, həftənin əvvəlindən etibarən “Çörəkçi” öz məhsullarının qiymətini 10 qəpik qaldırıb. Bakı şəhəri, Səid Rüstəmov 28 ünvanında yerləşən “Nur” marketdən verilən məlumata görə, adıçəkilən çörək zavodunun istehsalı olan 400 qaramlıq “sadə” doğranmış çörəyin qiyməti 30 qəpikdən 40 qəpiyə, eyni çəkili “ekstra” çörəyin qiyməti isə 40 qəpikdən 50 qəpiyə qaldırılıb.

İqtisadi İnkişaf Nazirliyindən isə məlumatı araşdıracaqlarını bildirdilər. (baku.ws)