25 ildir dözülməz şəraitdə yaşayan qaçqın ailəsi Prezidentdən kömək istəyir – VİDEO

0
6

Bakı şəhərində yerləşən 7 saylı trestin qarajına sığınan  ailə 25 ildir ki, çox acınacaqlı, antisanitariyanın hökm sürdüyü bir şəraitdə yaşyır. Bu məzmunlu şikayətlə Azinforum.az-amüraciət edən Hümbətova Hökümə Telman qızıbildirir ki, onlar əslən Laçın rayonundan olsalar da, Şuşa qaçqını sayılırlar:

 

“Baxın görün, biz 9 nəfər ailə üzvümüzlə bu şəraitdə yaşayırıq. Nə suyu, nə ayaqyolusu, nə də hamamı var. Yağış yağanda başımıza tökülür. Övladlarımın üçü şikəstir. Ailəmizdə bir nəfərdə olsun işləyən yoxdur. Bütün instansiyalara müraciət etsək də, nə bizi normal mənzil şəraitilə, nə də işlə təmin edirlər. Əminəm ki, ölkə rəhbərliyinin bundan xəbəri yoxdur. Çünki Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün əlindən gələn nə varsa edir. Ancaq təəssüflər olsun ki, bəzi məmurların laqeydliyi ucbatından biz insanlıqdan uzaq bir şəraitdə yaşamağa məcburuq. Niyə? Məgər biz bu ölkənin vətəndaşı deyilik? Sizdən xahiş edirəm ki, bizim problemimizi əlaqədar qurumların diqqətinə çatdırasınız. Mən xüsusi olaraq ölkə başçısı İlham Əliyev cənablarına və onun xanımı Mehriban Əliyevaya üzümü tutaraq, onlardan imdad diləyirəm”.

 

 

q

 

Çinarə SEYİDOVA

Azinforum.az