“Allahın verdiyi bir canımız var…” –Kılıcdaroğlu sui-qəsdə uğramasından danışdı

0
6

Bu gün avtomobili atəşə tutulan CHP lideri Kamal Kılıcdaroğlu baş verən hücumla bağlı ilk açıqlama verib.

O, narahatlığa əsas olmadığını deyib:

“Sağlığımız yerindədir. Kimsə narahat olmasın. Allahın verdiyi bir canımız var, o da Vətənimizə fəda olsun. Hazırda mənim bir problemim yoxdur. Atışma bölgəsindən bizi güvənlik gücləri çıxardılar. Arzulamadığımız xoşagəlməz hadisə yaşadıq. İnanıram ki, güvənlik güclərimiz zərər çəkmədən əməliyyatı uğurla bitirəcək”.

Son məlumata görə, terrorçullarla atışmada bir güvənlik əməkdaşı şəhid olub, terroristlərdən biri yaxalanıb.