Hakan Şükür peşman olduğu barədə bəyanat yayıb

0
5

Türkiyənin sabiq futbol ulduzu, keçmiş millət vəkili Hakan Şükür Fətullahçı Terror Təşkilatının (FETÖ) əleyhdarı olduğunu bəyan edib.

APA-nın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, H. Şükür peşmançılığını ifadə edib. 15 iyul hərbi çevriliş cəhdindən sonra barəsində həbs qərarı verilən keçmiş futbolçu ailə üzvlərindən heç kimin FETO ilə əlaqəsinin olmadığını söyləyib.

Qeyd edək ki, uzun illərdir “fətullahçı” kimi tanınan H. Şükür 2013-cü il dekabrın 16-da Ədalət və İnkişaf Partiyasından istefa verib. Bu gün isə o, sosial şəbəkədəki səhifəsində FETÖ-nun əməlləri qarşısında üzgün və çaşqın durumda olduğunu bəyan edib, hərbi çevriliş cəhdini lənətləyib, şəhidlərə rəhmət diləyib.

H. Şükürün atası Sermet Şükürün həbsindən və Türkiyədə dəyəri 200 milyon lirə olan mal və mülklərinə həbs qoyulmasından sonra belə bir bəyanat verməsi diqqət çəkir. O, hazırda ABŞ-da yaşayır.